6 Oktyabr 2015 11:20
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Məlumata görə, 1980-ci il təvəllüdlü Rəfail Qasımov özündən 4 yaş kiçik qardaşı Ramili bıçaqlayaraq öldürüb. Hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər