Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakinləri – 20 yaşlı Fərman Nəcəfov və onun həmyaşıdı Nicat Ramazanov bıçaqlanıb. Onlar xəsarətlə xəstəxanaya çatdırılır. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Saatlı rayon sakini İsmət Ziyadov tərəfindən törədilməsi üzə çıxıb. O, həbs edilib. Hadisə şəxsi münasibətlər zəminində törədilib.
Hacı Zeynalov