22 Oktyabr 2015 20:35
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda şirkətlər arasında dava olub. Teleqraf.com xəbər verir ki, hadisə Nobel prospekti, 15 ünvanında yerləşən “Fircraft” şirkətində qeydə alınıb.

Həmin şirkətdə işləyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Diana Məmmədova ilə iş yoldaşı, 1988-ci il təvəllüdlü Emiliya Hüseynova arasında mübahisə yaranıb.

Mübahisə zamanı Diana Məmmədova iş yoldaşını döyərək ona xəsarət yetirib. Bu zaman Emiliyada Diana Məmmədovanı vurub. Hər iki qadın xəsarət alıb.

Onlar bir-birindən Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə şikayət ediblər.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər