Goranboy rayonunda mağazadan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3036 manat olan “Milli Ön” ödəmə terminalı oğurlanıb.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Milli Ön” ödəmə terminalını oğurlayan ş rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar.
Hacı Zeynalov