28 Oktyabr 2015 12:04
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq edən şəxs yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Fəqan Əliyev və 1997-ci il təvəllüdlü Tahir Atakişiyev tutulublar.

Onlar oktyabrın 23-nə keçən gecə, Binə qəsəbəsində Əmiraslan Ələkbvərova məxsus “Tofaş” markalı avtomobildən 200 manat və maqnitafon, Türkiyə vətəndaşı Şahin Halitə məxsus “Wolkswagen-Passat” markalı avtomobildən isə, şüşəni sındırmaqla 2000 manat, şəxsiyyət vəsiqəsi və maqnitofon oğurlamaqda şübhəli biliniblər.

Hacı Zeynalov


Müəllif: