29 Oktyabr 2015 12:39
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Oktyabrın 28-də Şabran rayon sakini İlhamə İmamovanın Sulutəpə qəsəbəsində kirayədə yaşadığı evdən 424 manat oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Dilşad Kazımova tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər