29 Oktyabr 2015 17:09
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində həbs olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilən şəxsin kasasiya şikayətinə baxılıb.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Elvin Nəsirovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə hakim İlqar Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Prosesdə Elvin Nəsirovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Elvin Nəsirov Bakı Ağır Cinayətlər Məhkəməsində 10 nəfərlik dəstədə mühakimə ediliblər. Məhkəmənin hökmü ilə Nicat Əliyev 10 İL, Elvin Nəzərov 9 il, Ceyhun Səfərli 9 il, Qorxmaz Camalov 7 il, Samir Hüseynov 7 il, Emin Tofiqi 7 il, Temirxan Hüseynov 7 il, Əli Əliyev 4 il, Səfər Məmmədov 3 il 4 ay, Valeh Abdullayev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Əli Əliyev, Səfər Məmmədov və Valeh Abdullayev zamində olduqlarına görə məhkəmə zalından həbs ediliblər.

Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmədə dəstənin digər üzvlərinin kasasiya şikayətinə baxılıb və onların da kasasiya şikayətləri təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq dini ədəbiyyatları əldə edərək təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar. Onlar həmin il mayın 18-də Bakı şəhərində yerləşən “Dadaş” məscidində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə etirazla bağlı plan da hazırlayıblar.

Bundan başqa, ittiham aktında qeyd olunur ki, onlar dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar da ediblər.

Təqsirləndirilənlərin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmələri də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər