Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ağcabədi sakini əvvəllər məhkum olunmuş Elçin Əliyev Xətai rayonu ərazisində 20 kiloqram narkotiklə saxlanılıb.
Hacı Zeynalov