Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı başa çatıb. Çıxış üçün söz dövlət ittihamçısına verilib.
Prokuror çıxışa hazır olmadığını, çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib, Bu səbəbdən də məhkəmə prosesi dekabrın 16-dək təxirə salınıb.
Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov