16 Dekabr 2015 12:02
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən hərbi şəhərcikdə yaşayan 1995-ci il təvəllüdlü Çiçək Xəlilli özünü asaraq ölüb. 20 yaşlı qızın hansı səbəbdən intihar etdiyi məlum deyil. Çiçək Xəlillinin tələbə olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər