Bakının Səbail rayonunda oğurluq edən qadın həbs edilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 15-də rayon ərazisindəki mağazalardan birində oğurluq hadisəsi baş verib.
İmişli rayon sakini Elvin Tanrıverdiyevə məxsus içərisində pul və sənəd olan pul kisəsi oğurlanıb. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bu mağazada işləyən Bakı şəhər sakini Nərgiz Nuriyeva tutulub.
Hacı Zeynalov