Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tural Sadıqovun barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Tural Sadıqov nisyə tikinti malları alıb, lakin pulunu ödəməyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən təqsirləndirilir.
Tural Sadıqov jurnalist Mahal İsmayıloğlunun oğludur.
Hacı Zeynalov