Bakıda vətəndaşlara qarşı dələduzluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu il martın 24-də Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə ərizə ilə müraciət edərək martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verməsini bildirib.
Aparılmış araşdırmalarla Bakı şəhər sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə Güləri aldadıb qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Həmçinin, Nicat İsmayılovun əldə olunmuş puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari ilin mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlandığı, əl-qol bağlanaraq Binəqədi rayonu ərazisindəki otellərdən birində saxlanılması, lakin obir gün sonra oradan qaçması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulublar.
Hacı Zeynalov