23 Dekabr 2015 14:37
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb.


Kəlbəcər rayon sakini Fərhad Nəsirov idarə etdiyi “Tatra” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zərif Kazımovu vurub və idarəetməni itirdiyindən Türkiyə vətəndaşı Fatih Karakayanın idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: