24 Dekabr 2015 13:55
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yaşar Muradovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatıyla yoxlanılarkən monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təkrar yoxlama zamanı Yaşar Muradova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.

Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər