Bakının Səbail rayonunda intihara cəhd olub.
Teleqraf.com xəbər verir ki, hadisə Milli Parkda baş verib.
Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Nailə Nurəddin qızı Əliyeva özünü dənizə atmağa cəhd göstərib. Amma onun intihar etməsinin qarşısı Bulvar İdarəsinin əməkdaşları tərəfindən alınıb.
Nailə Əliyevanın ruhi əsəb xəstəsi olduğu bildirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov