9 Fevral 2016 16:01
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikasının vətəndaşı İsa Dadaşovun idarə etdiyi “Ford Tourneo Connect” markalı, 90 TO 442 dövlət nömrə nışanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerinin tavanında olan örtüyün arxa hissəsindəki boşluqda 1 ədəd bağlamada, xalis çəkisi 1,04 qram təşkil edən qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: