Bakının Nizami rayonunda soyğunçuluq edən şəxslər tutulub.
Teleqraf.com xəbər verir ki, fevralın 11-də naməlum şəxslər Bakı şəhər sakini Rafiq Atakişiyevin mobil telefonunu soyğunçuluq yolu ilə alıblar.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bərdə rayon sakinləri Fərid Əsədov və Elçin Əmraslanov tutulublar.
Hacı Zeynalov