Tovuzda özünü asaraq intihar edən gənclə bağlı bəzi təfərrüatlar məölum olub.
Alakol kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Rəsul Həsənov Şəmkir rayonunun Çinarlı kəndindəndir. O, Tovuzun Alakol kəndində yaşasa da, özünü İbrahimhacılı kəndi ərazisində asıb.
Kənd sakinlərinin sözlərinə görə, R.Həsənov ailəlidir, 2-3 aylıq övladı var. Həyat yoldaşı da Şəmkir rayonundandır. Rəsul anası, ailəsi və 2 qardaşı ilə birlikdə kənddə qalırmış. Həm kənddə fəhləlik edib, həm də heyvandarlıq, əkinlə məşğul olurmuş. Hadisə baş verən günü isə yoldaşı və uşağı evdə olmayıb. Onların son vaxtlar aralarında münasibətlər pozulduğuna görə, həyat yoldaşı öz atasının evinə gedibmiş.
Ötən gün axşam saatlarında qardaşları ilə yemək yeyəndən sonra, dağın başına çıxıb və özünü ağacdan asıb. Onu ilk görən də elə kiçik qardaşı olub.
Lakin onun nə üçün intihar etməsinin səbəbi bilinmir.
***
Tovuz rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Tovuz rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Həsənov Rəsul Nəriman oğlu Tovuz rayonunun Alakol kəndi ərazisində özünü kəndirlə asaraq intihar edib. Hadisə martın 4-də baş verib. Hələlik intiharın səbəbləri məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.