Bakının Nizami rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən avadanlıqlar oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakini Babək Mikayılov tutulub.
Hacı Zeynalov