11 Aprel 2016 09:27
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə baş verən partlayış nəticəsində Şəki sakini ağır yaralanıb.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Yenihəyat kəndində vətəndaşa məxsus tikinti materialları mağazasının anbarında baş verib.

Nəticədə mağazada çalışan Şəki rayon sakini Laçın Adamov ağır xəsarəti alıb. Dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya bədənin 50 faiz texniki yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Laçın Adamov Gəncəyə göndərilib.

İlkin ehtimala görə, hadisəyə səbəb zərərçəkənin qaz balonu ilə ehtiyatsız davranması olub.

Fakt Şəmkir rayon hüquq mühafizə orqanları tərəfindən araşdırılır.


Müəllif: