Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsində qeydə alınıb.
Nardaran qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü Həsən Bünyadov Ramana qəsəbəsi, Südcülük sovxozunda Əli Həsənova məxsus tövlədə özünü asaraq ölüb. Hadisənin səbəbləri məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov