Bakının Suraxanı rayonunda qohumlarına qarşı cinayət törədən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Rəfiqə Həsənovanın yaşadığı evə gələn keçmiş kürəkəni, 1985-ci il təvəllüdlü Rövşən Əhədov münaqişə zəminində mübahisə edib. Mübahisə zamanı kürəkən qayınanasını döyüb və onun oğlu Vitalik Həsənovanı bıçaqlayıb. Cinayəti törədən Rövşən Əhmədov hadisə yerini tərk edib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Rövşən Əhədov tutulub.
İstintaqla müəyyən olunub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Rövşən Əhmədovun ailəsinə qayınanası tez-tez müdaxilə edib. Sonuncu dəfə qayınanasının ailə işlərinə qarışmasına qəzəblənən Rövşən Əhmədov onun yaşadığı evə gəlib.
Bu məqsədlə o, qayınanasının evinə gəlib. Qayınanası ilə mübahisə edən kürəkən onu döyüb. Bu zaman Vitalik onların arasına girib və bacısının ərini vurub.
Bundan qəzəblənən Rövşən qaynına bıçaqla xəsarət yetirib. Qaynının qan içində olduğunu görən Rövşən hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov