14 Aprel 2016 14:07
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirli bilinən Vəli Əhmədov, Hüseyn Salamov, Elçin Həsənov və Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Fərid Əmiraslanovun vəkili Ağaveys Şahverdiyev vəsatətlə çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin günahının olmadığını və onun barəsində olan cinayət işinə xitam verilsini istəyib.

Vəli Əhmədovun vəkili müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsarər verib. Hüseyn alamovun vəkili cinayət təqibinə xitam verilməsini istəyib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər