13 İyul 2016 11:29
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi çəkilən seriallarda qadın obrazlarına daha çox yer verməyə çalışırlar. Seriallarımızda ən müxtəlif yaş dövrünü əhatə edən qadın obrazları görmək mümkündür”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. Onun sözlərinə görə, bu gün işsiz aktyor yoxdur: “Rəhbəri olduğum Kinoaktyorlar Gildiyası əsas məqsədinə çatıb. Biz o vaxt Gildiyanı yaradanda əsas məqsədimiz kinoda uzun illər işləməyən aktyorları rollarla təmin etmək, onların filmə, seriallara çəkilməsinə şərait yaratmaq idi. Çox sevindirici haldır ki, serialların çəkilişinə başlandı, aktyor və aktrisalarımız orda müxtəlif səpkili rollar oynadılar və oynamaqda da davam edirlər. Orta və yaşlı nəsil aktrisalarımız seriallarda ən müxtəlif qadın obrazlarını canlandırır. Ona görə də demək olar ki, işsiz aktyor və aktrisalarımız yoxdur”.

Nərmin


Müəllif: