19 İyul 2016 16:43
5 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhurların çoxu həyat yoldaşlarını mətbuatdan uzaq tutur. Bunun səbəbini qısqanclıqla bağlayanlar da var, “Şəxsi həyatım toxunulmazdır” deyənlər də. Ancaq etiraf edək ki, məşhur insanların kiminlə ailə qurması bizim üçün doğrudan da maraqlıdır.

Teleqraf.com bu marağı nəzərə alıb, sənət adamlarının həyat yoldaşları barədə qısa məlumatları təqdim edir:

Reper-müğənni Miri Yusif həyat yoldaşı Nərgiz Mirbabayevaya ilə konsertdə tanış olub. Cütlük bir ay içində evləniblər. İfaçının bir oğlu, bir qızı var. Nərgiz Mirbabayevaya ixtisasca hüquqşünasdır, amma işləmir.

Müğənni-bəstəkar Hacı Nazim Gülnar adlı xanımla ailə qurub. Fatimə və Nur adlı iki qız övladı var.

Rejissor-aktyor İlham Qasımov Ayla adlı xanımla evlidir. O, ailəsini mətbuatdan uzaq tutanlar sırasındadır.

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşını israrla mətbuatdan gizli saxlayır. Bu Rəqsanə İsmayılovanın ikinci evliliyidir. İfaçının həyat yoldaşı Moskvada yaşayır. Müğənninin qızları Aysun və Yağmur onun soyadını daşıyırlar. Müğənni ərinin Bakıya tez-tez gəldiyini deyir.

Xalq artisti Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir, cütlüyün Dəniz adlı bir qızı var. Sənətçi şəxsi həyatı barədə mətbuata açıqlama vermir.

Aparıcı Kamilə Babayeva İbrahim Rzabəyov adlı şəxslə evlidir. Rzabəyov ixtisasca hüquqşünas və həkimdir. Atası Neft Sənayesi Nazirliyində çalışan İbrahim özü də neft şirkətlərinin birində fəaliyyət göstərir. Cütlüyün Natella adlı qızları var.

Müğənni Səbinə Babayeva Cavidan Şərifov adlı bəylə ailə həyatı qurub. İfaçının həyat yoldaşı İctimai Televiziyada rejissor vəzifəsində çalışır. Cütlüyün bir oğlu var.

Müğənni Elçin Cəfərov keçmiş millət vəkili Sabir Rüstəmxanlı qızı Aydanla evlənib. Onlar Türkiyədə tanış olublar.

Müğənni Safura Əlizadə 2013-cü ildə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Onlar Türkiyədə yaşayırlar. Oğlanları İsgəndərin 2 yaşı var.

Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin hərbçidir. İfaçının Emil adlı oğlu var. X.İslam həyat yoldaşının 5 dil bildiyini, sinxron tərcümə ilə məşğul olduğunu deyib.

Aparıcı-bəstəkar Murad Arif həyat yoldaşı ilə sosial şəbəkədə tanış olub. Aparıcının həyat yoldaşı Hollandiya vətəndaşı olub. Murad Arifin iki övladı var.

Aktrisa Məlahət Abbasova həyat yoldaşı ilə Türkiyədə tanış olub. Cütlüyün iki övladı var. Qızı Sudə kiçik yaşlı olmasına baxmayaraq, aktrisa kimi tanınır. Həyat yoldaşının işi haqqında məlumat verməyən aktrisa onun Rusiyada çalışdığını qeyd edib.

Meyxanaçı Namiq Qaraçuxurlu ikinci evliliyini gizli saxlayır. Bir neçə gün əvvəl onun Sara adlı qızı dünyaya gəlib. Meyxanaçının ilk evliliyindən iki oğlu var. Onun keçmiş həyat yoldaşı hüquqşünasdır.

Rəqsanə


Müəllif: