27 İyul 2016 08:36
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 24-nən başlayaraq, yay mövsümünün bağlanmasına qədər, hər bazar günü Bakı Dənizkənarı Parkda - Bulvarda bütün əhali üçün müxtəlif rəqs növləri üzrə açıq dərslər keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan Gənclər İttifaqının (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (ARA), Jam SS rəqs ansamblı və Bulvar rəhbərliyinin dəstəyi ilə həyata keçirilir. Hər kəs 19:00-dan - 21:00-dək açıq dərslərdə iştirak edə bilər. Dərslər Jam SS Studianın peşəkar müəllimləri, Azərbaycan və Qafqaz çempionları, Avropa və dünya mükafatçıları tərəfindən həyata keçiriləcək.

Azərbaycan Rəqs Assosiasiyasının sədri Əziz Əzizov: "Bizim əsas məqsədimiz gəncləri rəqslərə və sağlam həyata cəlb etməkdir. Gənclərin sağlam inkişafı üçün bu, əsas məqsəddir. Bu tədbirlərin yerinə yetirilməsi, gənclərin asudə vaxtının layiqli həyata keçirilməsini bir məqsəd kimi qarşımıza goymuşuq. Ölkəmizin gələcəyi üçün bu çox vacibdir".

Biz adi vətəndaşları və rəqs kollektivlərini bizim dərslərdə iştirak üçün dəvət edirik. Biz bu tədbirlərə, həmçinin uşaq evlərində, internatlarda yaşıyan və tərbiyə alan uşaqları, həmçinin imkansız ailələrdə yaşayanları dəvət edirik. Çalışırıq ki, bütün uşaqlar və cavanlar imkanlarından asılı olmayaraq inkişaf edib, bütün biliklərə nail olsunlar.

Açıq dərslər bir neçə rəqs sahələrində həyata keçiriləcək: Milli rəqsimiz, Latino, Oriental, Hind, Hip-Hop, Zumba və Fitnes.

Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqı, Bakı Dənizkənarı Parkının rəhbərliyinə bu boyük sosial layihəyə dəstək verdikləri üçün təşəkkür edir.


Müəllif:

Oxşar xəbərlər