Çoxdan gözlənilən “28 iyun” serialı sentyabr ayının 20-dən etibarən ekranlara çıxacaq.
Teleqraf.com xəbər verir ki, serialın ssenari müəllifi gənc aktrisa və yazar Gülay Hüseynova, rejissoru isə Elmir Süleymanovdur.
Gülay Hüseynova “28 iyun” ssenarisinin yaranma tarixçəsinin olduğunu deyir: “Yaşadığım sevgilər və ya oxucularım məni “yazar” edəndən sonra özümlə bağlı bir qərara gəlmişdim. 30 yaşımda həyatıma aid bir kitab yazıb, özümə hədiyyə edəcəkdim. Adını da doğum günü tarixinə ithafən “28 iyun” qoyacaqdım. Sonra Xəzər TV məndən serial ssenarisi istədi, çox düşündüm və qərara gəldim ki, 3 il gözləməyin mənası yoxdur. Azərbaycan serial tarixində yeni era başlayır! Xarici kanalları unutduracaq seriallar gəlir. Özümə inamlıyam, iddialı və ümidliyəm!”.
Serialda Qurban İsmayılov, İlqar Cahangir, Hikmət Rəhimov və başqaları çəkilib.
Pərvin