Məşhur türk sənətçisi Emel Sayın dörd illik sevgilisi, aktyor Tarık Akana duyğusal şəkildə vidalaşıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Emel Sayın "Twitter"də Tarık Akanla köhnə fotosunu paylaşaraq "Gülə-gülə sevgili Tarık" şərhini yazıb.
Tarık Akan sevgi münasibətlərini mətbuatdan gizli saxlayan məşhurlardan olub. Yalnız müsahibələrinin birində "Hər zaman dəliqanlı sevgili obrazını canlandırmışam, amma bir dəfə aşiq oldum. Münasibətimiz dörd il davam etdi, amma alınmadı" deyən aktyor sevgilisinin adını deməyib. Amma Emel Sayın illər sonra Tarık Akanla sevgili olduğunu etiraf edərək ondan sonra heç kimi sevmədiyini açıqlayıb.
Tarık Akan ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.
Rəqsanə