6 Noyabr 2016 13:19
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris şəhər teatrı ilə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Xalq Artisti Alim Qasımovun və Əməkdar Artist Fərqanə Qasımovanın Paris Filarmoniyasında konserti olub.

Konsert proqramında Alim Qasımov qızı ilə birlikdə bir sıra muğamlar, xalq və bəstəkar mahnıları və təsniflər ifa edib. Xanəndələrimizin çıxışları tamaşaçıların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, tanınmış muğam ustası Alim Qasımov artıq iyirmi ildən çoxdur Fransanın müxtəlif şəhərlərində konsertlər verir. Fransalı musiqisevərlər onun yaradıcılığı ilə yaxından tanışdırlar.


Müəllif: