“Nar bağı” filminin çəkilişləri başa çatıb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 4-də başlayan çəkilişlər noyabrın 5-də yekunlaşıb. Filmin son çəkilişi kütləvi çəkilişə həsr olunub. Bu həftədən etibarən isə filmin post prodakşn mərhələsi başlayacaq.
Mədəniyyət və Turizm Nazirliyinin şifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin çəkilişləri Göyçayda aparılıb.
Dram janrında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, operatoru Ayhan Salardır.
Filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhadov, Həsən Ağayev və digərləri canlandırırlar.
Nərmin