Görkəmli rəssam Tahir Salahovun doğum gününə həsr edilən “Nəsillərin qovuşması” adlı tədbir keçirilib.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ev muzeyində baş tutub. İdarədən Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov açıb. O, 2011-ci ildə Tahir Salahovun öz emalatxanasını, əsərlərindən ibarət olan şəxsi kolleksiyasını və arxivini Azərbaycan dövlətinə təmənnasız olaraq hədiyyə etdiyini vurğulayıb.
Digər natiqlər də çıxışlarında görkəmli rəssama ən xoş arzularını bildiriblər. Bildirilib ki, Tahir Salahovun əsərləri bu gün də dünyanın bir çox muzeylərini bəzəyir, fərdi sərgiləri böyük maraqla qarşılanmaqla yanaşı sənət aləmində hadisəyə çevrilir. O, sağlığında adını dünyanın təsviri sənət tarixinin zirvəsinə yazmış çox az sənətkardan biridir.
Ev muzeyində sənətkarın öz əsərləri ilə yanaşı, onun yaradıcılığından təsirlənən gənc rəssamların da rəsmləri təqdim olunub.
Pərvin