21 Fevral 2017 16:01
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, kollektiv aprel ayının 17-dən -30-dək Gürcüstan, Vladiqafqaz, Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq.

Kollektiv “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

Aprel ayının 17-dən 27-dək isə teatrın başqa bir qrup üzvü daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Festivalda ölkəmizi əməkdar artist Şövqi Hüseynovun oynadığı “Dəlinin qeydləri” tamaşası təmsil olunacaq.

Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin may ayının 5-7 tarixlərində Çeçenistan, 19-21 tarixlərində isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdə qonaq olacaq.

Nərmin


Müəllif: