3 Aprel 2017 18:41
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlham Namiq Kamal Musiqili Teatrda yeni tamaşa hazırlayır.

Bu barədə Teleqraf.com-a məlumat verən xalq artisti tamaşanı çoxdan hazırlamaq arzusunda olduğunu deyib:

“Sabit Rəhmanın “Əliqulu evlənir” komediyası illər öncə yazılsa da, orada günümüzlə səsləşən bir sıra məqamlar var. Əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım. Bilirsiniz heç vaxt köhnəlməyən, həmişə müasir olan mövzular var. Məsələn, tamah, var-dövlət hərisliyi, sevgi, məhəbbət... Bu mövzular bütün dövrlərdə müasirdi”.

Musiqisi Oqtay Rəcəbova məxsus olan “Əliqulu evlənir” tamaşasında mahnı mətnlərini Baba Vəziroğlu qələmə alıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər