Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:
- …nə düşünərdiniz?
- Cəsarət edib yaşamadığım günləri, adamları düşünərdim.
- …son kəs nə yeyib nə içərdiniz?
- Sevdiklərimi yeyib öz qanımı içən adamam.
- …kimə nə vəsiyyət edərdiniz?
- Bir gün ölsəm vəsiyyət edəcəm ki, məni yandırın, külümü də Xəzərə tökün. Bunu hələ dünyaya gəlməyən oğluma vəsiyyət edəcəm.
- …hansı dünyaca məşhur aparıcı ilə görüşərdiniz?
- Ellen Dejenereslə görüşmək istərdim.
- …kimi öpərdiniz?
- Monika Belluçini, Skarlet Yohansanı, Şeroun Stounu...
- …kimlə son şəkil çəkdirərdiniz?
- Mənə dözən, bütün axmaqlıqlarıma cınqırını çıxarmayan, ömrünü mənə fəda edəcək qədər ağlını itirən qadınımla çəkdirərdim son şəklimi… Final şəklimiz olardı bu. Həyatın, yaşanmışların, ağrı və həzzin son şəkli!
- …hansı müğənnini dinləyərdiniz?
- Ölüm ayağında Sadeni dinləmək istərdim. Amma gözümü yumanda anamın laylasını…
- …kimə və nə hədiyyə alardınız?
- Bütün dünyaya kitab hədiyyə alardım. Hamıya yetəcək qədər! Hərəyə bir kitab...
- … son pullarınızı kimə verərdiniz?
- Məndən sonra ailəmin ehtiyaclarını ödəyəcək pulu çıxardım, qalanına uşaqlara xərcləyərdim.
- …son 3 kəlməniz nə olardı?
- Həyat, vicdan, sevgi!