Bu barədə Teleqraf.com-a müğənni özü açıqlama verib. O, Dağıstanın incəsənət adamları ilə bir səhnəni bölüşəcəyini bildirib:
“Dərbənddəki solo konsertimlə bağlı təkliflər artıq 2 ay idi ki, gəlirdi. Düşünürdük ki, çatdırmarıq. Axır qərar verdik ki, bunu da etməliyik. Hələ ürəklənib oktyabrın 31-i Moskvadakı konsertə də razılıq verdik. Düzdür, Moskvada tək mən çıxış etməyəcəyəm, orda Vasif Əzimov, Talıb Taleh, Pərviz Bülbülə, Nigar Şabanova və başqaları da çıxış edəcək. Lakin Dərbənddə isə yalnız Dağıstan sənətçilərindən Xurşida, Bəsxanım Gülməhəmmədova, Elçin Quliyev, Əjdər Məmmədov və başqaları iştirak edəcək”.
Damla “Can dostum” adlanan konsertin adı ilə bağlı isə bunları deyib:
“Konsertin “Can dostum” adlandırılması mənim ideyamdır. Bu konkret dostuma həsr etdiyim bir mahnı deyil. Sadəcə, həmin mahnını yazan bu sözləri öz dostuna həsr etmişdi. Mən də çox bəyəndim və oxudum”.
Qeyd edək ki, Damla iyulun 16-da Bakıda “Can dostum” adlı solo konsert proqramı ilə çıxış etmişdi.