ATV telekanalı yeni serialın çəkilişlərinə başlayıb.
Teleqraf.com xəbər verir ki, “Barama” adlanan bu ekran əsərinin sentyabrdan etibarən yayımlanacağı gözlənilir.
Serialda xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, aktyorlar İlqar Cahangir, Tural Baxış, Asya Atakişiyeva, Aynur Əliyeva rol alıb.