Yanlış müalicə üzündən hədsiz arıqlayan müğənni Nazim Pişyari (Faytonçu )ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, səhhətində yaranan problemlərlə əlaqədar olaraq uzun zamandır səhnə və efirdən uzaq düşən sənətçi, aparıcı Elgiz Əkbərin suallarını cavablandırıb.
O, əsl xəstəliyi və onu bu hala salan həkimi barədə efirdə danışıb. Verilişin digər qonaqları Səidə Sultan, Niyam Səlami və başqaları olub.
Xatırladaq ki, Nazim Pişyari öd kisəsini kəsdirmək üçün Elman Əzizov adlı həkimə müraciət edib. Əməliyyat zamanı baş verən qanaxmadan dolayı özünü itirən həkim onun öd kisəsinin axarlarını tikib. Daha sonra isə həkim onun onkoloji xəstə olduğunu bildirib. Müğənni İsrailə gedəndə isə əslində ciddi probleminin olmadığını və naşı həkimə tuş gəldiyini öyrənib.