6 Sentyabr 2017 10:26
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Edvard Vilsonun “Gənc alimə məktublar” əsəri təqdim olunacaq.

Teleqraf.com xəbər verir ki, məşhur alim Edvard Vilsonun “Gənc alimə məktublar” kitabının təqdimat mərasimi sentyabrın 10-da saat 15-00-dan 17-00-dək “Buk Zone” Kitab Evində baş tutacaq. 238 səhifədən ibarət olan kitabda alimin “Gənc alimə məktublar” əsəri ilə yanaşı, “Mənəviyyatın bioloji əsasları” adlı geniş məqaləsi də yer alıb. Əsər dilimizə Elmir Misirzadənin təşəbbüsü, tam maliyyə dəstəyi və Yalçın İslamzadənin məsləhəti ilə tərcümə olunaraq nəşr edilib. Kitab həm də “Misirzadə Yayınları”nın ilk nəşridir.

Elmir Misirzadədən aldığımız məlumata görə, “Gənc alimə məktublar” əsərini Aybəniz Həsənova, “Mənəviyyatın bioloji əsasları” məqaləsini isə Aygün Qurbanlı tərcümə edib. Redaktoru Səbuhi Şahmursoy, elmi redaktoru isə Orxan Əmrullayevdir. Kitabın ərsəyə gəlməsində “Kitabsevərlər” qrupunun da texniki və mənəvi dəstəyi var.

Amerikalı bioloq bu kitabında gənc araşdırmaçılara karyera sahəsi tapmaq, yol seçmək və elmi nəzəriyyələri həqiqi dünyaya tətbiq etmək kimi mövzularda tövsiyələr edir. Müəllif gənc araşdırmaçı və alimlərə özlərini və kəşflərini necə təkmilləşdirəcəkləri barədə yol göstərməklə bərabər, onların elmdə uğur qazanmalarının da vacibliyini çox sadə dillə izah edir. Beləliklə, gənc alimlərə bir sıra praktik nəsihətlərlə yanaşı, fəlsəfi baxış bucağı da təqdim etmiş olur.

Kitabla ilkin tanışlıq üçün bura daxil olun:

magaza.yasilelm.com


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər