14 Sentyabr 2017 12:36
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibovun səhhətində ciddi problemlər yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Aşıq Ədalətin yaxını Firdovsi Umudov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, ustadın səhhətinin normallaşması üçün əllərindən gələni edirlər.

“Ədalət Nəsibovun səhhətindəki problemlər son günlər hamımızı narahat edir. Ustadımızın sağlıq durumunun normallaşması üçün nə lazımdırsa edilir və ediləcək. Sizdən tək xahişim Aşıq Ədalətin tez bir zamanda sağalması üçün dua etməyinizdir. Dualarınızı əsirgəməyin!”, - deyə Firdovsi Umudov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər