1986-cı ildə çəkilən “Çalıquşu” filmi ilə ürəklərdə özünə qala quran məşhur aktiyor Kənan Kalav bundan sonra biznes fəaliyyəti ilə məşğul olacaq.
Teleqraf.com xəbər verir ki, məşhur aktiyor artıq İspaniyada restoranalrının sayını üçə qaldırıb.
Beləcə, bir zamanlar populyarlığı ilə ürəklərə daxil olan Kənan Kalav artıq restoran şəbəkəsi biznesi ilə məşğuldur.
Barselonada ilk restoranını oğlu Canla birlikdə işlədən Kənan Madriddə də yeni restoran açıb. Tanınmış aktiyor resoranlarına oğlunun adını verib. Onun artıq 10 ildir ki, İspaniyada yaşadığı deyilir.