Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin bu dəfəki qonaqları xanəndə Elnarə Abdullayeva və bədii qiraətçi Pünhan İsmayıllı olub.
Cari ildə yadda qalan hadisələri qeyd edən qonaqlar növbəti il haqqında da fikirlərini bölüşüblər.
Verilişdə Elnarə Abdullayeva maraqlı açıqlamalar verib: “Bizim işimiz toydur, el şənlikləridir. Yəni, biz xalqdan asılıyıq. Hər il el şənliklərimizin bol olmasını arzu edirik ki, bizim də işimiz yaxşı getsin. Əgər növbəti ildə toy olmasa, nə edərik?
Çətin olar, amma əsas can sağlığıdır. Can sağlığı olanda lap mal-qara, toyuq-cücə də saxlayıb dolanmaq olar”.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.