8 Oktyabr 2018 07:55
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

San-Fransiskoda 13 ölkədən 55 modaçının qatıldığı müasir müsəlman moda sərgisi başlayıb.

Teleqraf.com xəbər verir ki, sərgilənən geyimlər arasında türk modaçı Raşit Bağzıbağlının da dizayn etdiyi paltarlar yer alıb.

Sərgidə əsas məqsəd islam geyim tərzindəki müxtəlifliyə diqqət çəkmək və müsəlman qadının eyni tipli paltar geyinmədiyini göstərməkdir.

Eyni zamanda islamın çoxmədəniyyətli bir din olduğunu və islami geyimin yalnız dini mənbələrdən deyil, həm də yerli və qlobal tendensiyalardan təsirləndiyinin önə çəkilməsi əsas məqsədlərdən biridir.

Qeyd edək ki, dünyanın məşhur media orqanlarının da böyük maraq göstərdiyi sərgi 2019-cu il yanvarın 6-sına qədər davam edəcək.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər