“Tezliklə mətbuat konfransı çağıracam və bu barədə ətraflı məlumat verəcəyəm”.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Amaliya Pənahova Hindistanın film şirkəti ilə bağlı imzaladığı müqavilə barəsində deyib. Bu barədə daha çox danışmaq istəməyən aktrisanın sözlərinə görə, o, Hindistanın kino mərkəzi olan Bollivud rejissoru Ceyson Pullikottilllə müqavilə imzalayıb. Onun da rol alacağı “Avara” adlı bədii filmin çəkilişləri Azərbaycanda olacaq.
Qeyd edək ki, A. Pənahovanın özü 2014-cü ilin əvvəlində “Amal Prodakş” adlı kinoşirkət yaradıb.