8 Sentyabr 2014 11:25
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Uşaq Teatrı yeni mövsümü Siyəzən rayonunda “Günahsız günahkarlar” tamaşası ilə açıq elan edəcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, açılış 9 sentyabr saat 12:00-da gerçəkləşəcək.

Müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizəyə həsr olunan tamaşa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplatasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?

Nərmin


Müəllif:

Oxşar xəbərlər