"Netflix" dünya şöhrətli müğənni Elvis Presli haqqında "Agent King" adlı animasiya serialı çəkəcək.
Teleqraf.com xəbər verir ki, komediya jannrında çəkiləcək filmdə Elvis casus obrazında təqdim olunacaq.
Serialın anonsu müğənninin vəfatının 42-ci ildönümünə həsr olunub. Ssenari müəllifi Mayk Arnoldun olacağı ekran işində Con Eddi və müğənninin keçmiş xanımı Pristsilla Presli həmmüəllif və icraçı prodüser qismində çıxış edəcəklər.
P.Preslinin sözlərinə görə, Elvis uşaqlıqda dünyanı xilas edən superqəhrəman olmağı arzulayıb və bu serial "həmin arzunu gerçəkləşdirəcək".