“Şindlerin siyahısı” və “Qladiator” filmlərinə görə “Oskar” mükafatı alan prodüser Branko Lustiq dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, prodüser Zaqrebdə 87 yaşında vəfat edib. Onun ölüm səbəbi bilinmir.
Qeyd edək ki, Branko 100-dək filmin rejissoru və prodüseridir. İkinci dünya müharibəsi zamanı yəhudiəsilli olduğu üçün əsir düşərgəsinə düşən Lustiq qohumlarının çoxunu itirib. “Şindlerin siyahısı” filmi də onun xatirələri əsasında çəkilib.