6 Fevral 2020 08:37
3 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu, məşhur aktyor Maykl Duqlas bildiribğ.

"O, bütün dünya üçün əfsanə, kinonun qızıl əsrindən aktyor idi", - Maykl Duqlas deyib. Onun sözlərinə görə, Kirk Duqlas həyatını çox gözəl yaşayıb və kinematoqrafiyada gələcək nəsillərə miras qoyub.

Kirk Duqlas (İser Daniloviç-red) kinoda çoxsaylı rollarla məşhurdur. O, "Spartak" və "Detektiv tarixi" filmlərində rol oynayıb.

Kirk Duqlas on kitab yazıb. Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.


Müəllif: Teleqraf.com