Britaniyalı dramaturq və “Oskar” laureatı Ronald Harvurd 85 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Harvurd çərşənbə axşamı günü Sasseksdə öz evində vəfat edib.
Qeyd edək ki, Harvurd 2003-cü ildə “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış senari” nominasiyasında “Oskar” mükafatına layiq görülüb, 2008-ci ildə isə “Skafandr və kəpənək” filminin senarisinə görə “BAFTA” mükafatını qazanıb. 2010-cu ildə senarist cəngavər titulu alıb.