13 Sentyabr 15:54
1 114

Ukraynada keçirilən "Qolos Ukrainı" müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.

Publika.az xəbər verir ki, bu barədə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb: “Bu mahnını çoxdan ifa etmək istəyirdim, lakin cəsarət etmirdim. Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Məncə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb".

Duetdə A.Udonqvo “Sarı gəlin” mahnısını Azərbaycan və ingilis dillərində ifa edib.


Müəllif: Teleqraf.com